Nazir torpaq sürüşməsindən danışdı (VİDEO)

Nazir torpaq sürüşməsindən danışdı (VİDEO)
09:20 25 Dekabr 2014
75 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycanda sürüşməyə səbəb olan amillərdən biri antropogen amillərdir. Sürüşmə zonalarında aktivləşmə yoxdur. Təmir-tikinti işləri zamanı aparılan qazıntı boşluqlar yaradır. Belə hallarda süxurlar boşaldılır, yeri isə sonradan doldurulmur.

ANS TV-nin məlumatına görə, bu fikri Zığ-Heydər Əliyev Beynəlxalq Hava Limanı magistral yolunun 10-cu kilometrliyində keçirilən iməclikdə işitirak edən ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov bildirib.

“Səbəblərdən biri də antropogen təsirlərdir. Böyük şəhərlərin ətrafında, təhlükəli sürüşməyə meyilli yerlərdə müəyyən işlər aparılanda, sürüşmənin xarakteriskası nəzərə alınmadan işlər görüləndə təbii ki, o reaksiya verir. Sürüşmə meyilli ərazidə qazıntı işi aparırsansa, bilməlisən ki, onu dayanıqlığını zəyiflədirsən. Adətən payız aylarında daha aktiv olur. Yayda iş görüldüyü zaman quraqlıq olduğunadan bunun nəticəsini görmürlər. İlk yağışdan dayanıqlılığını itirmiş ərazilərdə torpaq başlayır axmağa, yəni sürüşməyə” – deyə Hüseyn Bağırov vurğulayıb.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR