"İrəli" 2019-cu ilin yekununa dair hesabat konfransı keçirib

"İrəli"  2019-cu ilin yekununa dair hesabat konfransı keçirib
17:02 25 Dekabr 2019
69 Digər
Ölkə mətbuatı
A- A+

"İrəli" İctimai Birliyi 2019-cu ilin yekunlarına həsr olunmuş hesabat konfransı keçirib.
"Report" xəbər verir ki, konfrans başlamazdan əvvəl, “İrəli” İctimai Birliyinin üzvləri, həmçinin təşkilatın Sədri MirHəsən Seyidov və idarə heyəti nümayəndələrindən ibarət heyət Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər.
Tədbirdə dövlət və hökumət rəsmiləri, qeyri-hökumət təşkilatları, media qurumlarının rəhbər şəxsləri və digər ictimaiyyət nümayəndələri, gənclər iştirak ediblər.
Konfransda giriş nitqi ilə çıxış edən “İrəli” İctimai Birliyinin sədri MirHəsən Seyidov bildirib ki, rəhbərlik etdiyi təşkilat fəaliyyəti boyu ölkə maraqlarını daim ön planda saxlayıb, gənclərin ictimai həyatda fəallığının artırılmasına xüsusi diqqət yetirib: "Bu gün cənab Prezident İlham Əliyev təşəbbüsü ilə həyata keçirilən çoxşaxəli islahatlar gənclər sektorunda da ciddi canlanmaya səbəb olub. Xüsusilə dövlət başçımızın gənc kadrların dövlət idarəçiliyində önə çəkilməsi istiqamətində verdiyi mühüm qərarlar ölkə rəhbərliyinin ölkə gəncliyinə verdiyi ən mühüm qiymət, dəyərdir. Cənab Prezidentin gənclərə inam və böyük etimadından ruhlanan gənclərimiz, o cümlədən "İrəli" fəalları daha böyük əzmlə çalışaraq dövlətçiliyimizin möhkəmlənməsi, ölkəmizin inkişafına öz töhfələrini verməyə davam edirlər".
Vurğulanıb ki, “İrəli” İB ölkənin hüdudlarından kənarda da uğurlu fəaliyyət həyata keçirir, gənclərimizin özünüinkişafına dəstəyini göstərir: "Hesabat dövrü ərzində təşkilatımızın dəstəyi ilə onlarla gəncimiz müxtəlif beynəlxalq tədbirlərdə Azərbaycanı uğurla təmsil edib, ölkə həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasına öz töhfələrini veriblər.
Bildirilib ki, Prezident İlham Əliyevin doğum günündə - 24 dekabrda yaradılan təşkilat 11-ci ildönümünü də cəbhə bölgəsində xidmət edən əsgərlərimizlə birlikdə qeyd edib: “Biz növbəti ad günümüzü Tərtərdə yerləşən N saylı hərbi hissədə keçirdik. Hərbi hissə rəhbərliyi, şəxsi heyətlə görüşdük, əsgərlərimizin yüksək səviyyədə hərbi xidməti üçün yaradılan şəraitlə tanış olduq. Bir daha əmin olduq ki, Vətənimizin keşiyində cəsur, mərd əsgərlərimiz dayanır. Ordumuz torpaqlarımızın işğaldan azad edilməsinə hər an hazırdır. O gün heç də uzaqda deyil. Biz inanırıq ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Dağlıq Qarabağ və ətraf 7 rayon öz həqiqi sahibinə qayıdacaq, ölkəmizin ərazi bütövlüyü üzərində dövlət suverenliyimiz bərpa olunacaq".
"İrəli" İctimai Birliyinin son 1 illik fəaliyyətinə dair təqdimatla çıxış edən “İrəli” sədri təşkilatın gördüyü işləri tədbir iştirakçılarına təqdim edib. Bildirilib ki, təşkilat bu il 3 geniştərkibli layihə həyata keçirib. Gənclərin fərdi təşəbbüslərinə dəstək olan təşkilat tərəfindən gənclər üçün faydalı olan 203 təlimdən 3908 gənc yararlanıb. 2003 yeni üzvümüzlə 206 görüş baş tutub. 1 il ərzində 11 ökədə 22 beynəlxalq tədbirdə 83 “İrəli” gənci təmsil olunub. Dövlat Bayraq Gününə həsr olunan aksiyamıza 87 qurum və ümumilikdə 11 275 şəxs dəstək olub.
Daha sonra çıxış edən Azərbaycan Respublikası Prezident Administrasiyasının Gənclər siyasəti və İdman Məsələləri şöbəsinin məsul əməkdaşı Həmid Nəsibov, Gənclər Fondunun İcraçı Direktoru Fərid Cəfərov, Gənclər və İdman Nazirliyinin Gənclər Təşkilatları ilə iş sektor müdiri Fuad Babayev çıxış edib və təşkilatın bu müddət ərzində fəaliyyətini yüksək qiymətlənidiriblər. Qeyd edilib ki, təşkilat yenə də böyük uğurlara imza atıb, nailiyyətlər əldə edib. Daha sonra konfransda İctimai Birliyin il ərzində fərqlənən gənc üzvləri, eləcə də təşkilatla səmərəli əməkdaşlıq edən qurum rəhbərləri təltif olunublar.
Qeyd edək ki, "İrəli" İctimai Birliyi 26 avqust 2003-cü il tarixindən gənclər hərəkatı kimi fəaliyyətə başlayıb. Regionun ən böyük və peşəkar gənclər təşkilatlarından biri olan “İrəli” İctimai Birliyinin təşkilat olaraq 11, hərəkat olaraq fəaliyyətinin 16 yaşı tamam olub.










Xəbərin orijinal ünvanı: https://report.az/sosial-mudafie/i-reli-2019-cu-ilin-yekununa-dair-hesabat-konfransi-kecirib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR