Gürcüstandan 2500 ədəd pirotexniki vasitə keçirməyə cəhd edən şəxs saxlanıldı - FOTO

Gürcüstandan 2500 ədəd pirotexniki vasitə keçirməyə cəhd edən şəxs saxlanıldı - FOTO
17:05 25 Dekabr 2019
46 Ölkə
Ölkə mətbuatı
A- A+

Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan idarə etdiyi "Vaz-2106" markalı avtomobil ilə gələn Azərbaycan Respublikası vətəndaşı kinoloji xidmət itinin reaksiyası nəticəsində saxlanılıb və şifahi sorğu-sual edilib.

Dövlət Gömrük Komitəsinin Milli.Az-a verdiyi məlumata görə, sorğu-sual zamanı sürücü idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirsə də, gömrük baxışı zamanı avtomobilin arxa və ön qapılarında 2500 ədəd üzərində "Bird Egg Cracker" yazılan pirotexniki vasitə aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/813254.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR