UNİSEF Suriyada valideynlərini itirmiş azərbaycanlı uşaqlarla bağlı məsələni nəzarətə götürüb

UNİSEF Suriyada valideynlərini itirmiş azərbaycanlı uşaqlarla bağlı məsələni nəzarətə götürüb
17:27 25 Dekabr 2019
46 Digər
Ölkə mətbuatı
A- A+

UNİSEF Suriyada hər iki valideynini itirmiş azərbaycanlı uşaqlarla bağlı məsələni nəzarətə götürüb.
"Report" xəbər verir ki, bu barədə UNİSEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Edvard Karvardin Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva ilə görüşündə deyib.
Ombudsman Səbinə Əliyeva hər iki valideynini itirmiş azərbaycanlı uşaqların Suriyada məhrumiyyətlərlə üzləşərək çətin vəziyyətdə qaldıqlarını, onların pozulmuş hüquqlarının bərpasının və qısa müddət ərzində öz ölkələrinə gətirilməsinin vacibliyini, bu məsələdə UNİSEF-in dəstək göstərməsinin əhəmiyyətli olacağını E.Karvardinin diqqətinə çatdırıb.
E.Karvardin isə qurumun bu məsələni nəzarətə götürərək bəhs olunan ölkədəki nümayəndəliyə məlumat verəcəyini, təşkilatın öz imkanlarını səfərbər edərək yardımçı olacağını bildirib.

Xəbərin orijinal ünvanı: https://report.az/xarici-siyaset/uni-sef-suriyada-valideynlerini-itirmis-azerbaycanli-usaqlarla-bagli-me

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR