Bakı idman sarayında keçirilən cüdo üzrə Azərbaycan çempionatının növbəti qalibləri bəlli olub.
"Report"un məlumatına görə, ikinci yarış günündə kişilər 66, 81, 100 və 100+ kq, qadınlar isə 52, 63, 78 və 78+ kq çəki dərəcələrində mübarizə aparıblar.
66 kq çəki dərəsində Orxan Səfərov finalda İbrahim Əliyevi məğlub edərək qızıl medal qazanıb. Bürünc medallara Nurlan Osmanov və Vaqif Tarverdiyev layiq görülüb.
81 kq-da Murad Fətiyev qızıl, Fəqan Quluzadə gümüş Araş Ağayi və Zelim Tckaev bürünc medal qazanıblar.
100 kq çəkidə Zelim Kotsoyev finalda gözlənilmədən Aslan Mirzəyevə uduzub və gümüş medalla kifayətlənib. Bu çəkidə Sənan Əhmədov və Abdullhaqq Rəsullu bürünc medala yiyələniblər.
Nəyahət 100+ kq çəki dərəcəsində isə digər legioner Uşanqi Kokauri də eyni aqibətlə üzləşib. O, həlledici qarşılaşmada Şahin Qəhrəmanovun müqavimətini qıra bilməyib. İmran Yusifov və Hüseyn Məmmədov bu çəkidə bürünc medala yiyələniblər.
Qadınların yarışında 52 kq-da Zeynəb Məmmədova qızıl medal qazanıb. Bu çəkidə Səbinə Qədirova gümüş, Səbinə Əliyeva və Şəfəq Məmmədova bürünc medala sahib olublar.
63 kq çəki dərəcəsində Aytac Qardaşxanlı ölkə çempionu olub. O, finalda Leyla Hüseynovanı məğlub edib. Diana Şoranova və Sudabə Ağayeva bürünc medal qazanıblar.
Pərvin Əmirli 78 kq-da qızıl, Günel İmanova isə gümüş medal əldə edib. Bürünc medalı ilə Mehriban İmamzadə əldə edib. Qadınların mübarizəsində 78+ çəkidə Qönçə Cəfərli qızıl, Aytəkin Paşazadə gümüş, Gözəl Zutova isə bürünc medala sahib olub.
Qeyd edək ki, sabah ilk dəfə milli çempionatda komanda yarışları təşkil olunacaq.