Damarlarda TROMBların əmələ gəlməsini əngəlləyən MƏHSULLAR

Damarlarda TROMBların əmələ gəlməsini əngəlləyən MƏHSULLAR
22:57 25 Dekabr 2019
98 Ölkə
Ölkə mətbuatı
A- A+

Damarlarda trombların əmələ gəlməsi çox təhlükəli haldır.

Qan laxtası olan tromb damarın divarından qopa bilər və qan axını ilə digər daha nazik damara düşərək onu tam bağlaya bilər. Əgər belə hal ürək, beyin, ağciyər damarında baş verərsə bu insanın ölümünə səbəb ola bilər.

Trombların əmələ gəlməsinin əsas səbəbləri qan laxtalanmasının pozulması, cərrahi əməliyyatlar, travmalar, infeksiyalar, yüksək təzyiq, azhərəkətli həyat tərzi, səhv qidalanmadır.  

Milli.Az saglamolun.az-a istinadən bildirir ki, mütəxəssislər damarlarda trombların əmələ gəlməsi riskini azaltmaq üçün qidalanamaya sarıkök, acı istiot, çia və kətan toxumlarını əlavə etməyi tövsiyə edirlər.  

Həmçinin tromblaşmanın qarşısını almaq üçün fiziki hərəkətliliyini artırmaq, kifayət qədər su içmək (gündə ən azı 1 l), daha çox lifli qidaları (meyvə, tərəvəz, göyərti, paxlalılar) istehlak etmək lazımdır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/health/813178.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR