Dünyanın ən yüksəklikdə yerləşən qəsəbəsi elektrik şəbəkəsinə qoşulub

Dünyanın ən yüksəklikdə yerləşən qəsəbəsi elektrik şəbəkəsinə qoşulub
23:05 25 Dekabr 2019
Ölkə mətbuatı
A- A+

Dünyanın ən yüksəklikdə yerləşən yaşayış məntəqəsi olan Tibetin Tsoni qəsəbəsi Çinin elektrik şəbəkəsinə qoşulub.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Çinin Tibet Muxtar Rayonunda, dəniz səviyyəsindən 5 min metrdən çox yüksəklikdə yerləşən Naqçu Tsoni qəsəbəsinin 7 mindən çox sakini bundan sonra dayanıqlı elektrik enerjisindən istifadə edə biləcəklər.

Layihə meneceri Tserinq Badro deyib ki, sakinlər indiyədək ancaq günəş batareyalarının yığdığı enerjidən istifadə ediblər. Amma qarlı və yağışlı havalarda batareyalar kifayət qədər enerji toplaya bilmədiyi üçün qəsəbə sakinləri çətinlik çəkiblər. Cari ilin martında muxtar rayonun elektrik enerjisi qurumu qəsəbəyə elektrik xəttinin çəkilişinə başlayıb. İlin 10 ayı qış havasının hökm sürdüyü qəsəbəyə elektrik xətlərinin çəkilişi xeyli çətin relyef və hava şəraitində davam edib. Xəttin çəkilişi insan yaşamayan ərazilərdə, o cümlədən Çantan milli təbiət qoruğunun sahəsində həyata keçirilib.

Qəsəbəyə elektrik xəttinin çəkilişi, habelə iki 110 kilovotluq və iki 35 kilovoltluq yarımstansiyanın inşası 600 milyon yuana (təxminən 86 milyon ABŞ doları) başa gəlib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/813265.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR