Qazlı su açmaq istədi - Az qala gözü çıxsın

Qazlı su açmaq istədi - Az qala gözü çıxsın
23:12 25 Dekabr 2019
85 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyədə 13 yaşlı kiçik az qala itirmə təhlükəsi yaşayıb.

Milli.Az medicina.az-a istinadən bildirir ki, İzmirdə yaşayan qız qazlı suyun qapağını açmaq istəyib. Bu zaman qəfildən sıçrayan qapaq sərt bir şəkildə onun gözünə dəyib.

Bundan sonra qızın gözü ağrımağa və görməsi zəifləməyə başlayıb. Müayinə üçün göz həkiminə gələn qızın ciddi görmə problemi ortaya çxıb. Belə ki, onun sol gözü 90% görməsini itirib, həmçinin gözündə katarakta yaranıb. Həkim qısa zaman içində qızın gözünü əməliyyat edəcəyini bildirib.

Həkim bildirib ki, bu tip qəzalar səbəbindən xeyli insanın gözündə ciddi problemlər yaranır. Qazlı sular,çaxır və bu kimi içkilərin qapaqlarını açarkən maksimum ehtiyatlı olmaq lazımdır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/813280.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR