Putin çox sayda generalı işdən qovdu

Putin çox sayda generalı işdən qovdu
23:13 25 Dekabr 2019
88 Dünya
Ölkə mətbuatı
A- A+

Rusiya prezidenti Vladimir Putin bəzi nazirliklərdə yüksək post tutan generalları işdən azad edib.

Publika.az Tass agentliyinə istinadən xəbər verir ki, Kreml rəhbəri bu barədə sərəncam imzalayıb. Qərarə əsasən Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Sankt-Peterburq Universiteti üzrə rəhbəri Eduard Çijikov, Daxili İşlər Nazirliyinin Voronej vilayəti üzrə Baş İdarəsinin müavini Vyaçeslav Vorontsov, Daxili İşlər Nazirliyinin Kriminal Baş İdarəsinin rəis müavini Sergey Ryabov, Daxili İşlər Nazirliyinin Krasnodar vilayəti üzrə Baş İdarəsinin rəis müavini Vyaçeslav Bolqov, Daxili İşlər Nazirliyinin Moskva Metropoliteni üzrə Baş İdarəsinin rəisi Nikolay Savçenko tutduğu vəzifələrindən azad edilib.

Dövlət başçısının qərarının səbəbləri barədə açıqlama verilmir.

Anar Türkeş


Xəbərin orijinal ünvanı: https://publika.az/news/dunya/300167.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR