Ermənistanda dörd nəfərdən ibarət ailə evdə ölü tapılıb

Ermənistanda dörd nəfərdən ibarət ailə evdə ölü tapılıb
00:12 26 Dekabr 2019
70 Digər
Ölkə mətbuatı
A- A+

Ermənistanın Lori rayonunun Alaverdi şəhərində yerləşən mənzillərin birində dörd nəfərin, o cümlədən 15 və 17 yaşlı yeniyetmənin meyitləri tapılıb.
“Report” xəbər verir ki, bu barədə RİA “Novosti”yə Ermənistan İstintaq Komitəsinin mətbuat xidmətindən məlumat verilib.
Qeyd olunub ki, ölən şəxslər bir ailənin üzvü olub:
“Dekabrın 25-də Alaverdi şəhərinin tibb mərkəzindən (İrəvandan 145 km şimalda - Red.) mənzillərin birində dörd nəfərin öldüyü barədə məlumat daxil olub. Hadisə yerinə cəlb edilən istintaq-əməliyyat qrupu 2002 və 2004-cü il təvəllüdlü uşaqların və onların valideynlərinin meyitlərini aşkarlayıblar”.
Baş verən hadisə ilə bağlı cinayət işi açılıb.

Xəbərin orijinal ünvanı: https://report.az/region/ermenistanda-dord-neferden-ibaret-aile-evde-olu-tapilibd

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR