Fransada maskalı şəxslərin açdığı atəş nəticəsində üç nəfər xəsarət alıb

Fransada maskalı şəxslərin açdığı atəş nəticəsində üç nəfər xəsarət alıb
04:32 26 Dekabr 2019
69 Digər
Ölkə mətbuatı
A- A+

Fransada naməlum maskalı şəxslərin açdığı atəş nəticəsində azı üç nəfər xəsarət alıb.
“Report” “xəbər verir ki, bu barədə “France Bleu” radiosu məlumat yayıb.
Hadisə Fransanın şərqində yerləşən Bezanson şəhərində qeydə alınıb.
Bildirilib ki, silahlı insident yerli vaxtla saat 19:15 (22:15 Bakı vaxtı ilə)də baş verib. Bütün yaralılar xəstəxanaya çatdırılıb, birinin vəziyyəti ağırdır.
Üzü maska ilə bağlı olan üç və ya dörd nəfər hadisə yerindən qaçıb gizlənə biliblər. Hadisə yerinə gələn polis əməkdaşları isə 15 giliz və əl qumbarası tapıblar. Bezanson prokurorluğu tərəfindən araşdırma başladılıb. 

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/fransada-maskali-sexslerin-acdigi-ates-neticesinde-uc-nefer-xesaret-a

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR