Çindən daha bir internet qadağası

Çindən daha bir internet qadağası
08:22 26 Dekabr 2019
Ölkə mətbuatı
A- A+

İnternet istifadəsi məsələsində ən avtoritar ölkələrdən olan Çin daha bir qadağaya imza atıb.

Milli.Az ted.az-a istinadən bildirir ki, daha öncə bir çox qanuni və texniki müdaxilələr sayəsində vətəndaşlarını müəyyən platformlardan uzaq tutan Çin hökuməti bu dəfə alqoritmlərə əl atıb. Ölkənin iqtidaryönümlü kibertəhlükəsizlik qrupu yeni qaydaları açıqlayıb.

Yayımlanan qaydalarda internet firmalarının öz məhsullarını necə idarə edəcəkləri qeyd olunub. Bundan başqa, sözügedən qurum şirkətlərdən müsbət şərtləri ön plana çıxaran alqoritmlər istəyib.

Həmin alqoritmlər Çin hökuməti ilə əlaqədar mənfi rəyləri ortadan qaldırmaq üçün hazırlanacaq.

Yeni qaydalar 2020-ci ilin 1 martında qüvvəyə minəcək. Bu tarixdən etibarən, sosial şəbəkə hesabları daha ciddi şəkildə analiz olunacaq.

Məlum olduğu kimi Çin Feysbuk, "Google" kimi Amerika Birləşmiş Ştatlarına məxsus platformalardan uzaq dayanmağa çalışır. Əksəriyyət buna "senzura" desə də, Çin dövlət başçısı Si Tsinpin bunu təhlükəsizlik üçün lazımlı olduğunu müdafiə edir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/812927.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR