Saatlıda 54 yaşlı kişi su kanalında boğulub öldü

Saatlıda 54 yaşlı kişi su kanalında boğulub öldü
10:01 26 Dekabr 2019
48 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Samir Əli - Trend:

Saatlı rayon sakini bədbəxt hadisə nəticəsində ölüb.

Trend-in məlumatına görə hadisə rayonun Qara Nuru kəndində baş verib.

Kənd sakini, 1965-ci il təvəllüdlü Məmmədov Kamil Əmirxan oğlu yaşadığı evin yaxınlığındakı beton su kanalına yıxılıb. K.Məmmədov köməksiz vəziyyətdə qalaraq suda boğulub ölüb.

Onun meyiti qohumları tərəfindən aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/incident/3169369.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR