Bakı-Gəncə-Bakı istiqamətində əlavə qatar təyin edilib

Bakı-Gəncə-Bakı istiqamətində əlavə qatar təyin edilib
10:12 26 Dekabr 2019
42 Digər
Ölkə mətbuatı
A- A+

“Azərbaycan Dəmir Yolları” QSC Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar sərnişlərin artan tələbatını təmin etmək məqsədilə Bakı-Gəncə-Bakı istiqamətində əlavə bir qatar təyin edib.
"Report" bu barədə quruma istinadən xəbər verir.
Məlumata görə, 704/703 nömrəli Bakı-Gəncə-Bakı sürət qatarı hər iki istiqamətə təyin edilib.
Belə ki, 30 və 31 dekabr tarixlərində əlavə təyin edilən qatar Bakıdan saat 08:00-da yola düşəcək və Gəncəyə saat 11:45-də çatacaq. Gəncədən saat 16:00-da geri yola düşəcək olan qatar saat 19:45-də paytaxtda olacaq.
Qeyd edək ki, mövcud saat 08:45 Bakı-Gəncə və saat 17:00 Gəncə-Bakı sürət qatarları isə normal qrafikləri üzrə fəaliyyət göstərəcəklər.

Xəbərin orijinal ünvanı: https://report.az/i-nfrastruktur/baki-gence-baki-istiqametinde-elave-qatar-teyin-edilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR