Sumqayıtda yanğın: sakinlər təxliyyə olundu

Sumqayıtda yanğın: sakinlər təxliyyə olundu
03:41 17 Yanvar 2015
130 Ölkə
Ölkə mətbuatı
A- A+

Sumqayıt şəhərindəki yaşayış evlərindən birində yanğın baş verib.

ANS PRESS-in FHN mətbuat mərkəzinə istinadən verdiyi məlumata görə, hadisə şəhərdəki dördmərtəbəli yaşayış binasında baş verib.

Bildirilir ki, binanın 3-cü mərtəbəsində, ümumi sahəsi 30 kv.m olan 1 otaqlı mənzilin döşəməsi 2 kv.m sahədə,1 ədəd televizor və eyvanın qapısı qismən yanıb.

Yanğın zamanı mənzillərdən 12 nəfər sakin yanğınsöndürənlər tərəfindən təxliyyə edilib.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=320209

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR