25 min əsgər bu şəhərə göndərilir - TARİXİ QƏRAR

25 min əsgər bu şəhərə göndərilir - TARİXİ QƏRAR
12:23 26 Dekabr 2019
60 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ-ın Yaponiyanın Okinava adasındakı Dəniz Piyadaları Korpusuna aid “Futenma” hərbi bazası köçürüləcək.

Publika.az xəbər verir ki, bu barədə “Kyodo” agentliyi məlumat yayıb.

Bildirilib ki, baza, adanın insanların sıx məskunlaşdığı ərazidən daha az yaşadığı yerə köçürüləcək. Transfer 8,5 milyard dollara başa gələcək. Yaponiya Milli Müdafiə Nazirliyi daşınmanın büdcəsinin daha əvvəl ehtimal ediləndən ikiqat çox olduğunu açıqlayıb. Nazirlik bazanın adanın cənubundakı Ginovan şəhərindən şimalındakı Henokoya köçürülməsinin 12 ilə başa gələcəyini ehtimal edir.

ABŞ-la Yaponiya arasındakı razılaşmaya görə, köçürülmə 3 ildə tamamlanmalı, baza 2020-ci ildən sonra Yaponiyaya verilməli idi. Razılaşmada bu plan üçün 3,2 milyard dollarlıq büdcə nəzərdə tutulmuşdu.

Qeyd edək ki, Okinava əhalisinin 72,2%-i bu ilin 25 fevral tarixində bazanın köçürülməsi ilə bağlı keçirilən referendumda “yox” cavabı vermişdi. Lakin Yaponiya hökuməti ABŞ ilə əldə olunan razılaşmanı əsas gətirərək transfer planını davam etdirmək qərarını qəbul etmişdi.

Xatırladaq ki, II Dünya müharibəsində ABŞ ilə Yaponiya arasında gedən qarşıdurmalara ev sahibliyi edən Okinava, Yaponiyanın 1952-ci ildə yenidən müstəqillik əldə etməsindən sonra ABŞ tərəfindən ilhaq edilmiş, 1972-ci ildə geri qaytarılmışdı. Müharibədən sonra ABŞ əsgərlərinin cinayətləri ada xalqında böyük narahatlıq yaratmışdı. Bazanın köçürülməsi 1995-ci ildə 3 amerikalı əsgərin tələbəyə təcavüz etməsindən sonra gündəmə gəlmişdi.

ABŞ-ın Yaponiyada xidmət edən 50 mindən çox əsgərinin yarısı Okinavadadır.

Zümrüd


Xəbərin orijinal ünvanı: https://publika.az/news/abs/300207.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR