AMADA iki idmançının qida əlavələrində antibiotik steroidlər aşkarlayıb

AMADA iki idmançının qida əlavələrində antibiotik steroidlər aşkarlayıb
12:29 26 Dekabr 2019
69 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. Elçin Mehdiyev – Trend:

Cari ildə bir idmançıya iki antidopinq qayda pozuntusuna görə 12 illik diskvalifikasiya müddəti sanksiyası tətbiq edilib. Hal-hazırda iş apelyasiya stansiyasındadır.

Trend-in məlumatına görə, bunu Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) direktoru Şəfəq Hüseynli ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

Onun sözlərinə görə, AMADA tərəfindən qəbul edilmiş qərar Ümumdünya Abtidopinq Agentliyi (ÜADA) tərəfindən yoxlamadan keçmiş və bununla bağlı ÜADA həmin qərardan Apellyasiya Komitəsinə müraciət edib. Nəticədə idmançının sanksiyası ikiqat artırılıb:

"AMADA tərəfindən araşdırmalar nəticəsində müəyyən edilib ki, dopinq nəticəsi müsbət olmuş 2 idmançının istifadə etdiyi bioloji fəallığa malik qida əlavələrinin tərkibində antibiotik steroidlər mövcuddur. Həmin qida əlaqələrinin ölkəyə girişinin qadağan edilməsi ilə bağlı müraciət edilib".

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/sports/3169490.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR