Bu il Azərbaycanda gənc fermerlər üçün 400 treninq keçirilib

Bu il Azərbaycanda gənc fermerlər üçün 400 treninq keçirilib
14:08 26 Dekabr 2019
Ölkə mətbuatı
A- A+

Bakı. Eldar Canaşvili - Trend:

2019-cu ildə gənc fermerlərə dəstək layihəsi çərçivəsində Aqrar Kredit və İnkişaf Agentliyi 21 rayonda 400 müxtəlif treninq keçirib.

Trend-in məlumatına görə, bunu Agentliyin sədri Mirzə Əliyev ilin yekunlarına həsr olunmuş mətbuat konfransı zamanı deyib.

O bildirib ki, treninqlər çərçivəsində 15 gənc fermerə 225 min manat kredit verilib.

M.Əliyev əlavə edib ki, Aqrar Məşğulluğun Artırılması Layihəsinin (AMAL) Akademiyasının yay məktəbində 2019-cu ildə 25 rayondan gənclər iştirak edib.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/business/economy/3169499.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR