İslandiya “Eurovision-2015” mahnı yarışmasının milli seçimlərinin vaxtını açıqlayıb

03:58 17 Yanvar 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 17 yanvar, AzərTAc
İslandiyanın RUV teleradioyayım şirkəti “Eurovision-2015” yarışması üçün ölkə üzrə milli seçim müsabiqəsinin tarixlərini açıqlayıb.
AzərTAc mahnı müsabiqəsinin saytına istinadla xəbər verir ki, İslandiyanın milli seçimi üç şoudan ibarət olacaq. Birinci və ikinci yarışma müvafiq olaraq yanvarın 31-də və fevralın 7-də, final isə fevralın 14-də olacaq.
Milli seçimdə İslandiyanı təmsil etmək iddiasında olan 12 ifaçı iştirak edəcək.
Avstriyanın paytaxtı Vyanada keçiriləcək “Eurovision-2015” mahnı müsabiqəsinin I və II yarımfinalı mayın 19 və 21-də, final mərhələsi isə 23-də baş tutacaq.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Islandiya_Eurovision_2015_mahni_yarismasinin_milli_sechimlerinin_vaxtini_achiqlayib-825467

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR