"Expressbank"da UNEC tələbələri üçün açıq qapı günü keçirilib

"Expressbank"da UNEC tələbələri üçün açıq qapı günü keçirilib
19:36 26 Dekabr 2019
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

"Expressbank"da gənclərin yeni biliklər əldə etməsinə və bank fəaliyyəti ilə yaxından tanış olmağa yönəlmiş tədbirlərin keçirilməsi artıq ənənə halını alıb.

Bankdan Trend-ə verilən məlumata görə, bu təşəbbüsün davamı olaraq 19 dekabr tarixində Bankda tələbələr üçün açıq qapı günü elan edilmişdi.

Azərbaycan Dövlət İqtisad Universitetində təhsil alan 4-cü kurs tələbələrin bilik, bacarıq, və təcrübə əldə etməsi baxımından bankın iş prosesi ilə tanış olmaları üçün Expressbank-da şərait yaradılmışdı.

İnsanlar Resursları departamentinin əməkdaşları tələbələri salamlayaraq, Expressbank-ın tarixi haqqında qısa məlumat təqdim etdi. Daha sonra hər bir şöbəyə tələbələr ilə birlikdə ziyarət edildi, iş prosesi ilə yaxından tanış olundu. Şöbə və departament nümayəndələri bank məhsul və xidmətləri, bankda iş təcrübəsi haqqında və karyera qurmaq üçün vacib olan amillər barədə təqdimat ilə çıxış etdilər. Görüşün sonunda qarşıdan gələn bayramlar münasibətilə tələbələrə Expressbank adından hədiyyələr təqdim edildi.

Tədbirin maraqlı məqamları ilə https://www.youtube.com/watch?v=SUQhioSFC0A linkdən tanış ola bilərsiniz.

Pərakəndə və biznes bankçılıq sahəsində geniş çeşiddə bank məhsulu və xidmətlər təklif edən “Expressbank”ın ölkə ərazisində 15 filialı mövcuddur. Bank xidmətləri barədə ətraflı məlumatı 132 Məlumat Mərkəzinə zəng edərək, www.expressbank.az saytına və ya bankın sosial şəbəkələrdəki rəsmi səhifələrinə daxil olaraq əldə edə bilərsiniz.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/business/3169757.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR