KİVDF jurnalistləri mükafatlandırdı - FOTO

KİVDF jurnalistləri mükafatlandırdı - FOTO
19:58 26 Dekabr 2019
51 Digər
Ölkə mətbuatı
A- A+

Bu gün Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə elan etdiyi fərdi yazı müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Publika.az xəbər verir ki, tədbirdə çıxış edən fondun rəhbəri Vüqar Səfərli 2019-cu ildə görülən işlər barəsində məlumat verib. O bildirib ki, geridə qalan ildə fond tərəfindən 7 dəfə fərdi yazı müsabiqəsi təşkil edilib və 25 media orqanı maliyyələşdirilib. Qeyd edilib ki, təkcə sonuncu müsabiqənin nəticələrinə əsasən 112 jurnalist mükafatlandırılıb. Daha sonra müsabiqənin 19 istiqaməti üzrə qalib olmuş media nümayəndələrinə diplomlar təqdim edilib.

Qeyd edək ki, qaliblər arasında "Gündəlik Teleqraf" media qrupun əməkdaşları Ruslan Xəlil, Nizam Rzayev və Asif Nərimanlı da var.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/nida_xeber/300275.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR