SON DƏQİQƏ: Qardaş ölkəyə qəfil hücum edildi - Çox sayda hərbçi həlak oldu

SON DƏQİQƏ: Qardaş ölkəyə qəfil hücum edildi - Çox sayda hərbçi həlak oldu
20:18 26 Dekabr 2019
123 Dünya
Ölkə mətbuatı
A- A+

Pakistan - Hindistan sərhədində şiddətli toqquşma baş verib.

Publika.az Anadolu agentliyinə istinadən xəbər verir ki, bu barədə Pakistan ordusundan məlumat verilib. Bildirilib ki, hindistanlı əsgərlərin Kəşmir bölgəsindəki Hacı Pir nəzarət məntəqəsini atəşə tutması nəticəsində iki pakistanlı hərbçi həlak olub. Açıqlamaya görə, cavab atəşi nəticəsində Hindistana məxsus hərbi məntəqə yerlə bir edilib. Nəticədə 3 əsgər həlak olub.

Hindistan ordusu isə atəşkəsin pozulmasına görə, qarşı tərəfi ittiham edib. Atışma zamanı daha bir dinc insanın həlak olduğu bildirilir. Toqquşma zamanı hər iki tərəf ağır silahlardan istifadə edib.

Anar Türkeş


Xəbərin orijinal ünvanı: https://publika.az/news/dunya/300277.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR