Mərkəzi Afrika Respublikasında toqquşmalar baş verib, ölənlər var

Mərkəzi Afrika Respublikasında toqquşmalar baş verib, ölənlər var
20:52 26 Dekabr 2019
48 Digər
Ölkə mətbuatı
A- A+

Mərkəzi Afrika Respublikasının paytaxtı Bangi şəhərində dekabrın 24-dən etibarən yerli sahibkarlarla silahlı dəstə arasında baş verən toqquşmalarda yerli mənbələrə görə, 40-dək ölən var.
“Report” “Xinhua”ya istinadən xəbər verir ki, rəsmi dairələr isə 14 nəfərin öldüyünü açıqlayıb.
Paytaxtın sakinlərinin əksəriyyəti müsəlmanlardan ibarət olan "PK5" ticarət bölgəsində üsyançılardan birinin öldürülməsilə daha da kəskinləşən qarşıdurma əsnasında üsyançı dəstə bəzi dükanları yandırıb. Qeyd olunur ki, "PK5" ticarət bölgəsi həmin dəstənin mühüm maliyyə mənbəyidir.
Ölkə prezidenti Fostin Arşanj-Tuadera “Twitter”də bu hadisələri “qanunsuz yolla silah əldə edib ölüm saçanlar arasında qanlı toqquşma" kimi səciyyələndirib, tərəfləri və sakinləri sakitliyə və dialoqa, asayiş və təhlükəsizlik qüvvələri ilə sıx əməkdaşlığa çağırıb.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/merkezi-afrika-respublikasinda-toqqusmalar-bas-verib-olenler-var

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR