Hyundai 2020-də uçan şəhər nəqliyyatının konsepsiyasını təqdim edəcək

Hyundai 2020-də uçan şəhər nəqliyyatının konsepsiyasını təqdim edəcək
21:17 26 Dekabr 2019
Ölkə mətbuatı
A- A+

Konsepsiya yalnız uçan avtomobilləri əhatə etmir

Hyundai motorun saytında bu şirkətin CES 2020 sərgisində iştirakına həsr olunmuş press-reliz dərc olunub.

Milli.Az ted.az-a istinadən bildirir ki, Cənubi Koreya istehsalçısı Hyundai bu tədbirdə özünün ilk konseptual şəxsi avianəqliyyatını (Personal Air Vehicle və ya PAV) "şəhər hava hərəkətliliyinin landşaftı"nın (Urban Air Mobility və ya UAM) bir hissəsi kimi təqdim edəcək. Hava məkanından istifadənin yollarda tıxacları azaldacağı və şəhər sərnişinləri üçün keyfiyyətli vaxt təmin edəcəyi gözlənilir.

Hyundai-ın məhsullarına, həmçinin xüsusi nəqliyyat vasitəsi də (Purpose Built Vehicle, PBV) daxildir. Bu, "avtomobili təkcə nəqliyyat vasitəsinə deyil, daha böyük bir şeyə çevirmək üçün sonsuz imkanlar verən", özünü idarə edən sürücülük funksiyasına malik, son dərəcə tənzimlənə bilən bir konsepsiyadır.

Bu ağıllı nəqliyyat vasitələri Pav qalxma/enmə və PBV-nin gəliş/gediş nöqtələrinin xabında kəsişəcəklər. Xablar şəhər daxilində yerləşəcək və ictimai məkan kimi xidmət edəcəklər.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/812939.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR