Məşhur müğənninin maşını evakuasiya olundu

Yaltada konsertdə çıxış edən rusiyalı müğənni Dankonun (Aleksandr Fadeyev) avtomobili evakuasiya edilib. Metbuat.az xəbər verir ki, bu barədə artist özü “REN TV”yə danışıb.

Fadeyevin sözlərinə görə, o, səhnədə Maşa Siluyanova ilə çıxış etdiyi müddətdə “Infiniti” markalı avtomobilindən “olub”. Cərimə meydançasına yollanan artist bildirib ki, orada əvvəlcə ona avtomobilini qaytarmaqdan imtina ediblər. O, 6 saat gözləməli olub və avtomobilini geri alıb.

Müğənni nəqliyyat vasitəsinin evakuasiya olunmasında heç bir səbəb görmür. Danko hesab edir ki, Moskva qeydiyyatlı “inomarka” elit avtomobil sahibindən pul “qırpmaq” məqsədi ilə evakuasiya edilib.(qafqazinfo)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR