"Neftçi İdman Klubu"nun cüdoçuları komanda yarışlarını qalib başa vurublar

"Neftçi İdman Klubu"nun cüdoçuları komanda yarışlarını qalib başa vurublar
01:42 27 Dekabr 2019
74 Digər
Ölkə mətbuatı
A- A+

Bakı İdman Sarayında kişi və qadın cüdoçular arasında komanda yarışları üzrə Azərbaycan çempionatı keçirilib.
"Report" Azərbaycan Cüdo Federasiyasına istinadən xəbər verir ki, qadınların çempionatında 7, kişilərin mübarizəsində isə 12 klub medallar uğrunda yarışıb. Finalda "Atilla" klubuna qalib gələn "Neftçi İdman Klubu"nun qadın cüdoçuları Azərbaycan çempionu adına layiq görülüblər.
"Məhsul" İK və "Judo 2012" komandaları bürünc medal qazanıblar. Kişilərin çempionatında isə həlledici görüşdə "Neftçi" İK və "Judo 2012" qarşılaşıb. Rəqibinə 3:2 hesabı ilə qalib gələn "Neftçi" qızıl medala sahib olub. "Judo 2012" gümüş, "Atilla" və "Dinamo" komandaları bürünc medalları qazanıblar. 
Sonda qalib və mükafatçı komandaların cüdoçularına kuboklar, medal və diplomlar təqdim olunub.











Xəbərin orijinal ünvanı: https://report.az/ferdi/neftci-i-dman-klubu-nun-cudoculari-komanda-yarislarini-qalib-basa-vur

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR