Netanyahu "Likud" lideri seçkilərində qələbə qazandığını bildirib

Netanyahu "Likud" lideri seçkilərində qələbə qazandığını bildirib
03:17 27 Dekabr 2019
61 Digər
Ölkə mətbuatı
A- A+

İsrailin baş naziri Binyamin Netanyahu "Likud" partiyasının daxilindəki lider seçkilərində qələbə qazandığını bildirib.
"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə hökumət başçısı özünün "Twitter"dəki səhifəsində yazıb.
"Böyük qələbə! "Likud" üzvlərinə və dostlara etimad, dəstək və sevgiyə görə təşəkkür!. Allahla və sizin köməyinizlə mən qarşıdakı seçkilərdə "Likud"u böyük qələbəyə aparacam və İsrail dövlətini görünməmiş nailiyyətlərə aparmağa davam edəcəyəm", - deyə Netanyahu "Twitter"də yazıb.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/netanyahu-likud-lideri-seckilerinde-qelebe-qazandigini-bildirib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR