SON DƏQİQƏ: Türkiyədə 3 ardıcıl zəlzələ, bina yıxıldı, məktəblərdə tətil elan edildi

Türkiyənin Elazığ bölgəsində ardıcıl zəlzələlər meydana gəlib.

Metbuat.az türk mediasına istinadən xəbər verir ki, əvvəlcə saat 10:02-də 4,9 bal gücündə zəlzələ olub. Yerin 7 kilometr dərinliyində olan zəlzələnin ardından daha 2 təkan olub. Bu təkanların 3,5 və 3,8 bal gücündə olduğu bildirilir.

Bölgədən verilən məlumata görə, hər hansı ölüm və yaralanma halı yoxdur. Bölgədə bəzi məktəblərdə dərslər təxirə salınıb. Türkiyə DİN-dən verilən məlumata görə isə, boş bir bina zəlzələ nəticəsində yıxılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR