Hacı Əliyev: "Ən böyük hədəf olimpiadaya qatılmaq və orada yaxşı nəticə göstərməkdir"

Hacı Əliyev: "Ən böyük hədəf olimpiadaya qatılmaq və orada yaxşı nəticə göstərməkdir"
13:42 27 Dekabr 2019
43 Digər
Ölkə mətbuatı
A- A+

"2019-cu il mənim üçün uğurlqu alındı. Üçüncü dəfə Avropa çempionu oldum və Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarında da qızıl medal əldə etdim. İstəyirdim ki, dünya çempionatında da yaxşı nəticə göstərim və Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya qazanım. Mundialda mənə qarşı haqsızlıq oldu, məğlub oldum və lisenziyasız qaldım".
"Report"un məlumatına görə, bu fikirləri Gənclər və İdman Nazirliyi tərəfindən ilin idmançıları sırasında yer alan sərbəst güləş üzrə 3 qat dünya və 3 qat Avropa çempionu Hacı Əliyev deyib. 
28 yaşlı idmançı dünya çempionatındakı nəticəyə baxmayaraq 2019-cü ili özü üçün uğurlu hesab etdiyini sözlərinə əlavə edib: "Ən böyük hədəf olimpiadaya qatılmaq və orada yaxşı nəticə göstərməkdir. 2020-ci ildə bizi iki turnir gözləyir. Bizim həmin yarışlar vasitəsi ilə lisenziya qazanmaq imkanımız var. Mən çalışacağam ki, lisenziya əldə edim və olimpiadada yaxşı nəticə qazanım".
Əliyev bildirib ki, olimpiada ilə bağlı söz vermək çəkindir: "Mən də istəyirəm ki, yaxşı nəticə göstərim. Düşünürəm ki, bu mənim üçün son olimpiadadır. Özümə inamım var. Zədələrdən uzaq olsam, hər şey yaxşı olacaq".  

Xəbərin orijinal ünvanı: https://report.az/ferdi/en-boyuk-hedef-olimpiadaya-qatilmaq-ve-orada-yaxsi-netice-gostermekdi

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR