"Kirpiciklə Şirinciyin qeyri-adi macəraları" adlı kitabın 2-ci hissəsinin təqdimatı keçirilib - FOTO

"Kirpiciklə Şirinciyin qeyri-adi macəraları" adlı kitabın 2-ci hissəsinin təqdimatı keçirilib - FOTO
15:52 27 Dekabr 2019
70 Ölkə
Ölkə mətbuatı
A- A+

Ötən gün əməkdar artist, bəstəkar Gövhər Həsənzadənin təşəbbüsü ilə uşaq ədəbiyyatına dəstək olaraq "Azərkitab" Kitab Təbliğatı Mərkəzində "Azərbaycan Yazıçılar Birliyi"nin üzvü və birliyin nəznindəki "Luc" Ədəbiyyat Assosiyasiyasının məsul katibi, "Azərbaycan Rəssamlar İttifaqı"nın üzvü, yazıçı və rəssam Lalə Ümidin rus dilində qələmə aldığı "Kirpiciklə Şirinciyin qeyri-adi macəraları" adlı kitabının 2-ci hissəsinin təqdimatı keçirilib.

Milli.Az xəbər verir ki, tədbirin aparıcısı əməkdar artist Gövhər Həsənzadə çıxışında bildirib ki, uşaqlarımıza həsr olunan və onların gələcək həyatına təsir edəcək, o cümlədən uşaqların cəmiyyətimizdə bir vətəndaşlıq borcunu yerinə yetirmək üçün sağlam, məntiqli düşüncədə olmasında, vətənpərvər ruhunda böyüməsində, xüsusiylə, tərbiyələrində böyük rolu olan bu kitab çox gözəl vasitə hesab olunur:

"Bəlkə də dünyada yeganə millətik ki, özümüzdən çox uşaqlarımızın qayığısına qalırıq. Bu mənada ki, Lalə Ümid yaradıcılığı bu gün üçün çox önəmli və lazımlı olan Azərbaycanda dövlətimiz tərəfindən aparılan düzgün siyasətin, qayğı və diqqətin içərisində gedən kiçik bir cizgini özündə ehtiva edir. Hər bir yaradıcı insana ən ağır və məsuliyyətli iş uşaq üçün bir əsər yaratmaqdır. Uşaq psixologiyasını, uşağın düşüncəsini, uşağın dilini və fəlsəfəsini anlamaq uşaqla dialoq qurmaq deməkdir. Musiqi sahəsində böyük bəstəkar Oqtay Zülfüqarovdan sonra ən çox uşaq musiqisinin və mahnılarının yaranması boşluğunu yaşayırıq. Onu da xüsusi qeyd edim ki, uşaq musiqisi yazmaq çox çətindir".

Bu ilin may ayında yazıçının geniş oxucu kütləsinə təqdim edilən və 16 hekayədən ibarət olan "Kirpiciklə Şirinciyin qeyri-adi macəraları" adlı kitabının 1-ci hissəsində iki kirpinin (Kirpicik və Şirincik) sadiq dostluğundan və həmin dostların yaşadıqları meşənin sakinləriylə rastlaşdığı maraqlı hadisələrdən bəhs edilən kitabdan danışan G.Həsənzadə, uşaq auditoriyası üçün nəzərdə tutulan kitabda tərbiyəvi, maarifləndirici və elmi informasiyalar yer aldığını deyib:

"Kitabın birinci hissəsində Kirpiciklə Şirinciyin tanışlığından və bu tanışlıqdan başlarına gələn qeyri-adi macəralardan danışılırdısa, ikinci kitabda isə hadisələrin davamı və yeni dostlarla tanış olmaqlarından bəhs edilir. Eynilə bu kitabda da birinci hissədə olduğu kimi tərbiyəvi, maarifləndirici və elmi informasiyalar sadə üslubda yazılıb. Kitab 23 hekayədən ibarətdir.

Hər iki kitabın tərtibatında yazıçı Lalə Ümidin 14 yaşlı oğlu Ümid Bağırlının da xüsusi yeri var. Belə ki, kitabda dərc olunan şəkillər və bəzi hekayələr Ümid Bağırlıya məxsusdur. Düşünürəm ki, Lalə xanım bu məsuliyyətli işi boynuna götürməklə, bir azərbaycanlı yeniyetməmiz üçün öz imkanları daxilində bir cığır açıb və gələcək yaradıcılığna müsbət təsir edir. Ümid Bağırlı biri-birindən maraqlı illüstrasiyaların, xüsusi ilə kitabda yer alan şəkillərin müəllifi kimi "Kirpicik" və "Şirincik" adlarının Azərbaycan və dünya üçün yeni brend olacağına və çox geniş auditoritya qazanacağına  ümid edirəm. Bunun Vətənimiz üçün öz müsbət töhfəsini verəcəyinə də inanıram".

Daha sonra tədbirdə çıxış edən yazıçı və rəssam Lalə Ümid söyləyib ki, əslində böyüklər üçün hekayələr yazmasına baxmayaraq, uşaq ədəbiyyatına gerçək həyatda yaşadıqları maraqlı hadisələrə əsaslanaraq müraciət edib:

"Hər bir insanın uşaqlıq həyatı olub. Uşaqlıqda bizə nağıllar danışardılar və biz də həmin nağılları təsəvvür edib, öz xəyallarımızı qurardıq. Bu xəyallardan biri də Kirpicklə Şirincik olsa da, əslində onlar həyatın içində olan canlı personajlardı. Onların yaşadıqları hadisələr gerçək həyatdan götürülmüş, amma bədiiləşdirilmiş və sadə şəkildə oxuculara çatdırlır. Oğlum körpə olarkən ona qeyri-adi kirpilər haqqında danışırdım. O böyüdükdən sonra özü maraqlı hekayələr yazmağa və bu hekayələrə uyğun illüstrasiyalar çəkməyə başladı. Zaman keçdikcə biz bu hekayələrdən və illüstrasiyalardan ibarət kitabın işıq üzü görməsi üçün çalışdıq. Artıq "Kirpiciklə Şirinciyin qeyri-adi macəraları" adlı kitabının 2-ci hissəsini təqdim edirik və inarırıq ki, kitab uşaqların bugünkü və gələcək həyatında xüsusi rol oynacaq. Çünki kitabdakı hekayələr həm tərbiyvi, həm də maarifləndirici mesajlarıyla diqqət çəkir".

Çıxışından sonra L.Ümid oğlu Ümid Bağırlıya söz verib və Ümid rus şairi və dramaturqu Vladimir Mayakovskinin şeirini söyləyib.

Ümumiyyətlə, təqdimat mərasiminə keçmiş SSRİ-də tanınan vokalçı Qasım Xəlilov, müğənnilər Təranə Mahmudova, Məryəm Şabanova, əməkdar artist, aktyor Elnur Kərimov, Uşaq və Yeniyetmələrə Dəstək İctimai Birliyinin sədri Tural Əliyev, o cümlədən Azərbaycanda ən böyük miqyaslı layihələrin müəlliflərdindən biri, "Z-Company 2007"nin rəhbəri Zamiq Yunisov və başqa ictimai şəxslər iştirak ediblər.

Qeyd edək ki, yazıçı və rəsam Lalə Ümid 5 kitabın - "Sevgi dərsi", "Vicdanla sövdələşmə", "Heyva çiçəkləri" və "Kirpiciklə Şirinciyin qeyri-adi macəraları" (1-ci və 2-ci hissə) müəllifidir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/society/813847.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR