Sabah Qazaxıstanın Azərbaycandakı səfirliyində bayraqlar yarıya qədər endiriləcək

Sabah Qazaxıstanın Azərbaycandakı səfirliyində bayraqlar yarıya qədər endiriləcək
16:37 27 Dekabr 2019
41 Digər
Ölkə mətbuatı
A- A+

Sabah Qazaxıstanın Azərbaycandakı səfirliyində bayraqlar yarıya qədər endiriləcək.
Bu barədə "Report"a səfirlikdən məlumat verilib. 
Bildirilib ki, Almatıda baş verən təyyarə qəzası ilə əlaqədar dekabrın 28-i ölkədə matəm günü kimi elan edilib: "Bununla əlaqədar olaraq sabah səfirlikdə bayraqlar yarıya qədər endiriləcək".
Qeyd edək ki, Qazaxıstanın "Bek Air" şirkətinə məxsus təyyarə dekabrın 27-də Almatı hava limanı yaxınlığında qəzaya uğrayıb. Hava gəmisində 95 sərnişin və 5 heyət üzvü olub. Onlardan 12 nəfər ölüb, 49 nəfər xəsarət alıb. 

Xəbərin orijinal ünvanı: https://report.az/xarici-siyaset/sabah-qazaxistanin-azerbaycandaki-sefirliyinde-bayraqlar-yariya-qeder

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR