İŞİD-ə qarşı 1000 km divar tikilir

İŞİD-ə qarşı 1000 km divar tikilir
05:16 17 Yanvar 2015
133 Dünya
Ölkə mətbuatı
A- A+

Səudiyyə Ərəbistanı İŞİD təhlükəsinə qarşı ölkənin şimalında və cənubunda – İraq və Yəmən sərhəddinə Çin səddi kimi uzun divar tikdirəcək. ANS PRESS-in məlumatına görə, tikilməsi planlaşdırılan divarların ümumi uzunluğu 1 000 km olacaq.

Hazırda bu ölkənin sərhəddində 5 qat tikanlı məftil, müşahiddə qüllələri və gecə görmə kameraları var.

Bildirilir ki, ötən həftə İraqla sərhəddə İŞİD terrorçuları ilə bu ölkənin əsgərləri arasında atışma olub.

Baş vermiş insidentdə bir nəfəri general olmaqla 3 Səudiyyə hərbçisi ölmüşdü. Bundan sonra rəsmi Riyad ölkənin ətrafında “İŞİD səddi” tikdirməyə qərar verib.

Smeta dəyəri 3.4 milyard dollar olan layihəni alman şirkəti həyata keçirəcək.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR