Ən aşağı yerətrafı orbitə peyk çıxarıldı

Ən aşağı yerətrafı orbitə peyk çıxarıldı
22:13 27 Dekabr 2019
31 Digər
Ölkə mətbuatı
A- A+

Yaponiya ən aşağı yerətrafı orbitə peyk çıxardığı üçün Ginnessin Rekordlar Kitabına düşüb. Yaponiyanın Aerokosmik Tədqiqatlar Agentliyinin ("JAXA") məlumatına görə, Yer kürəsinin uzaq məsafədən zondla tədqiqi üçün "SLATS" aparatı planetin səthindən 167 km hündürlüyə uğurla çıxarılıb.

Trend-in məlumatına görə, Yer kürəsinin uzaq məsafədən zondla tədqiqi peykləri planetimiz barəsində əlavə informasiya əldə etmək üçün bir mənbədir. Belə aparatların əsas çatışmazlığı ondan ibarətdir ki, onlar əsasən 2 min km hündürlükdə olan orbitdə fəaliyyət göstərirlər. Bu isə onlara planetin səthinin yalnız böyük sektorlarını müşahidə etməyə imkan verir.

"JAXA"nın mühəndisləri bu problemi həll edərək, "SLATS" peykini hündürlüyü 167,2 km təşkil edən ən aşağı yerətrafı orbitə çıxarmağa nail olublar.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/diger/300393.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR