Məşhur "fast food" şirkətinin maliyyə direktoru öldü

Məşhur "fast food" şirkətinin maliyyə direktoru öldü
23:52 27 Dekabr 2019
81 Dünya
Ölkə mətbuatı
A- A+

"Domino's Pizza Group" pizzalar şəbəkəsinin maliyyə direktoru Devid Bauernfaynd bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə şirkətin yaydığı məlumatda deyilir:

"Biz bu faciəvi xəbərdən dərin təəssüf hissi keçiririk. Direktorlar şurasının, həmkarlarımızın adından Devidin xanımı Nikolettə, onun qızı Ornellaya, qohumlarına və dostlarına başsağlığı veririk".

Qeyd edək ki, Bauernfayndın hansı şəraitdə öldüyü açıqlanmasa da, onun sonuncu dəfə ailə üzvləri ilə birlikdə istirahətdə olduğu məlumdur.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/813953.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR