Ukrayna danışıqları pozuldu

Ukrayna danışıqları pozuldu
05:21 17 Yanvar 2015
182 Dünya
Ölkə mətbuatı
A- A+

Donbasdakı münaqişəni yoluna qoymağa çalışan təmas qrupunun görüşü baş tutmayıb.

ANS PRESS-in məlumatına görə, Kiyevin təmsilçisi görüşün keçiriləcəyi Minskə gəlməyib. Səbəb isə Donetsk aeroportunda vəziyyətin yenidən gərginləşməsidir.

Dünən Rusiyameylli separatçıların aeroporta nəzarəti hələ ki, itirməyən Ukrayna əsgərlərinə hücumu zamanı 6 Ukrayna hərbçisi həlak olub.

Qeyd edək ki, təmas qrupuna separatçıları təmsil edən qondarma Luqansk və Donetsk respublikalarının rəhbərləri də daxildir.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=320213

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR