Helikopter qəzaya uğrayıb, 6 nəfərin cəsədi tapılıb

Helikopter qəzaya uğrayıb, 6 nəfərin cəsədi tapılıb
08:22 28 Dekabr 2019
25 Dünya
Ölkə mətbuatı
A- A+

Xilasedicilər dekabrın 26-da radarlardan itən helikopter qəzasında ölən altı nəfərin cəsədini tapıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Havay ştatının Kauai adası yanğınsöndürmə xidmətinin rəhbəri Solomon Kanoho bildirib.

Daha əvvəl helikopterin Havayda yoxa çıxdığı və göyərtəsində yeddi nəfərin ikisinin uşaq olduğu bildirilmişdi. Helikopter təyin olunmuş vaxtda Kauai adasında Na Pali sahili üzərində ekskursiyadan qayıtmamışdı.

S.Kanoho deyib: "Təyyarədə yeddi nəfərin olduğunu və altı cəsədin olduğunu təsdiqləyə bilərik. Sağ qalanların ola biləcəyinə dair heç bir sübut yoxdur".

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/813974.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR