Hətta kvant kompüterlər tərəfindən müdaxilə edilə bilməyən kriptoqrafiya üsulu hazırlanıb

Hətta kvant kompüterlər tərəfindən müdaxilə edilə bilməyən kriptoqrafiya üsulu hazırlanıb
08:52 28 Dekabr 2019
Ölkə mətbuatı
A- A+

Beynəlxalq alimlər komandası tərəfindən hazırlanmış mikroçip istifadəçidən istifadəçiyə informasiyanı birdəfəlik rabitə kanalı vasitəsilə göndərməyə imkan verir. Bu texnologiya hətta kvant kompüterləri tərəfindən müdaxilədən də qoruya bilər.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, yeni müdaxilə olunmayan təhlükəsizlik sistemi Səudiyyə Ərəbistanında Kral Abdullah adına Elmi-Texniki Universitet və Şotlandiyada Sent-Endryus Universitetinin mütəxəssisləri tərəfindən işlənib hazırlanıb. Onlar informasiyanı adi münasib kanallar üzrə son dərəcə təhlükəsiz göndərməyə imkan verən optik çip hazırlayıblar.

Müasir kriptoqrafiya metodları sürətli məlumat mübadiləsinə imkan verir, lakin müasir kompüter və ya kvant alqoritmləri tərəfindən müdaxiləyə məruz qala bilərlər. "Nature Communications" jurnalında dərc edilmiş məqalənin əsas müəllifi professor Andrea di Falko və onun həmkarları iddia edirlər ki, onların kriptoqrafiya üsuluna müdaxilə etmək qeyri-mümkündür. Bu halda yeni üsul ənənəvi şifrlənmiş kommunikasiyalarla müqayisədə internetdə daha az yer tutur.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/813468.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR