Birinci vitse-prezident vəzifəsinə namizədlər açıqlandı

Birinci vitse-prezident vəzifəsinə namizədlər açıqlandı
13:22 28 Dekabr 2019
77 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. İlhamə İsabalayeva -Trend:

AMEA-nın bu gün illik ümumi yığıncağında Akademiyada Birinci vitse-prezident vəzifəsinin təsis edilməsi məsələsi qaldırılıb.

Trend-in məlumatına görə, iclasda 2 birinci vitse-prezident vəzifəsinin (humanitar və ictimai elmlər üzrə və təbiət elmləri və dəqiq elmlər üzrə) təsis olunması təklif edilib.

Yığıncaqda humanitar və ictimai elmlər üzrə birinci vitse-prezident İsa Həbibbəylinin, təbiət elmləri və dəqiq elmlər üzrə isə akademik İbrahim Quliyevin namizədliyi irəli sürülüb.

Namizədlərin seçilməsi üçün gizli səsvermə elan edilib.

Səsvermə üçün fasilə elan edilib.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/society/3170616.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR