Sabah Bakıda 12 dərəcə isti olacaq

Sabah Bakıda 12 dərəcə isti olacaq
13:43 28 Dekabr 2019
81 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında dekabrın 29-da havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, bəzi yerlərdə duman, çiskin olacağı gözlənilir. Şimal küləyi əsəcək.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 5-7, gündüz 10-12 dərəcə isti olacaq.

Atmosfer təzyiqi normadan yüksək 765 mm civə sütunundan 769 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 75-85, gündüz 60-70 faiz olacaq.

Rayonlarda dekabrın 29-da bəzi yerlərdə yağış, dağlıq rayonlarda qar yağacağı, gündüz havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 1-6, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 4-9 dərəcə isti olacaq.

Dekabrın 29-30-da Abşeron yarımadasında meteoroloji amillərin zəif tərəddüdü və iqlim normasına yaxın temperatur rejimi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/society/3170625.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR