Bakıda 12 dərəcə isti olacaq

Bakıda 12 dərəcə isti olacaq
13:57 28 Dekabr 2019
100 Ölkə
Ölkə mətbuatı
A- A+

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Milli.Az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında dekabrın 29-da havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, bəzi yerlərdə duman, çiskin olacağı gözlənilir. Şimal küləyi əsəcək.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 5-7, gündüz 10-12 dərəcə isti olacaq.

Atmosfer təzyiqi normadan yüksək 765 mm civə sütunundan 769 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 75-85, gündüz 60-70 faiz olacaq.

Rayonlarda dekabrın 29-da bəzi yerlərdə yağış, dağlıq rayonlarda qar yağacağı, gündüz havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 1-6, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 4-9 dərəcə isti olacaq.

Dekabrın 29-30-da Abşeron yarımadasında meteoroloji amillərin zəif tərəddüdü və iqlim normasına yaxın temperatur rejimi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/814072.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR