Rusiyaya sanksiyalar artacaq

Rusiyaya sanksiyalar artacaq
05:31 17 Yanvar 2015
121 Dünya
Ölkə mətbuatı
A- A+

Rusiyaya qarşı sərt sanksiyalar qüvvədə qalacaq.

ANS PRESS-in məlumatına görə, bu qərar ABŞ prezidenti Barak Obamanın Böyük Britaniya baş naziri Devid Kameronla görüşündə verilib. ABŞ və Böyük Britaniya Rusiyanın Ukraynaya qarşı təcavüzünə son qoyulana qədər sanksiyaların qüvvədə qalması barədə razılığı gəlib.

Bu qərar yeni sanksiyaların tətbiq olunması ehtimalını da artırır. Belə ki, Avropa Birliyindəki mənbə İTAR TASS-a bildirib ki, Donetsk aeroportundakı vəziyyət sabitləşməsə Rusiyaya qarşı yeni sanksiyalar qoyula bilər.

ABŞ və Böyük Britaniya həmçinin Ukrayna hökumətində demokratik islahatların aparılması işində dəstək vermələrini də razılşdırıblar.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=320216

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR