Ramiz Mehdiyev: "Elmi işçilərin attestasiyası həyata keçirilməlidir"

Ramiz Mehdiyev: "Elmi işçilərin attestasiyası həyata keçirilməlidir"
15:27 28 Dekabr 2019
36 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan Milli Elmlər Akademiyasının bu gün keçirilən illik ümumi yığıncağında "Azərbaycan Milli Elmlər Akademiyasının 2020-2025-ci illər üçün inkişaf proqramı" səsə qoyularaq təsdiq edilib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Ramiz Mehdiyev qurumun bu gün keçirilən ümumi yığıncağında proqramın prioritetlərini açıqlayıb.
Onun sözlərinə görə, proqramın prioritetləri elmi-tədqiqatların prioritetlərinin sosial iqtisadi mədəni, ictimai problemlərin həllinə yönəldilməsi, e lm sahəsində idarəetmə sisteminin, infrastrukturun modernləşdirilməsi və optimallaşdırılması, elmi-tədqiqat müəssisələrinin, bütövlükdə elmin maliyyələşdirilməsi mexanizmlərinin təkmilləşdirilməsi dir.

"Prioritet sırasında elm sahəsində idarəetmə sisteminin, infrastrukturun modernləşdirilməsi və optimallaşdırılması, elmi-tədqiqat müəssisələrinin, bütövlükdə elmin maliyyələşdirilməsi mexanizmlərinin təkmilləşdirilməsi də yer alıb. Digər prioritetlər yüksək ixtisaslı kadrların hazırlanması, eyni zamanda elm və təhsilin inteqrasiyası, elmi işçilərin sosial təminatının yaxşılaşdırılması, yeddinci - elmin normativ-hüquqi bazasının və informasiya təminatının gücləndirilməsi və s.-dir".
R.Mehdiyev əlavə edib ki, f undamental və tətbiqi tədqiqatların səmərəliliyinin artırılması, xüsusilə innovasiya fəaliyyətinin genişləndirilməsi üçün intellektual əmək resurslarından daha səmərəli istifadə edilməlidir. Elmi işçilərin attestasiyası həyata keçirilməli və onların səmərəli yerləşdirilməsi təmin edilməlidir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/814082.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR