iki "06" toqquşdu: ölən və xəsarət alanlar var

iki "06" toqquşdu: ölən və xəsarət alanlar var
15:47 28 Dekabr 2019
38 Ölkə
Ölkə mətbuatı
A- A+

Kürdəmirdə ölümlə nəticələnən yol qəzası baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Ağsu-Kürdəmir-İmişli yolunun Kürdəmir rayonunun Çöl-Ərəb kəndindən keçən hissəsində qeydə alınıb.

"VAZ 2106" markalı iki minik maşını toqquşub. Nəticədə sürüçülərdən biri, Kürdəmir rayonunun Mollakənd kənd sakini, 1995-ci il təvəllüdlü Aslan Rüstəm oğlu Xasanov hadisə yerində ölüb.

Şəxsiyyətləri hələlik məlum olmayan daha 2 nəfər Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. 

Faktla bağlı araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/814084.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR