“VAZ-2106” qaçıran Biləsuvar sakini saxlanılıb

“VAZ-2106” qaçıran Biləsuvar sakini saxlanılıb
15:55 28 Dekabr 2019
39 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Biləsuvar şəhər sakini A.Əhmədzadə saxlanılıb.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Biləsuvar RPŞ-yə müraciət edən Ağalıkənd kənd sakini A.Əhmədov dekabrın 26-da saat 22 radələrində kənd ərazisindən “VAZ-2106” markalı avtomobilinin qaçırıldığını bildirib. Avtomobil həmin gün Aşağı Cürəli kəndi ərazisində tapılıb.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Biləsuvar şəhər sakini A.Əhmədzadə saxlanılıb.

Araşdırma aparılır.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/incident/3170637.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR