Dillər Universitetində Çin bayramı - "qışın zirvəsi" qeyd olunub (FOTO)

Dillər Universitetində Çin bayramı - "qışın zirvəsi" qeyd olunub (FOTO)
16:08 28 Dekabr 2019
57 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunda qış gündönümü gününə həsr olunmuş — ənənəvi Çin Dunçji bayramı bədii gecəsi keçirilib.

Universitet-dən Trend-ə verilən məlumata görə, açılış nitqi ilə çıxış edən Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov ənənəvi Çin təqviminin ən mühüm mövsümlərindən biri olan Dunçji bayramının fəlsəfəsi və tarixi köklərindən danışaraq bu bayramın Çin mədəniyyətinin təsir etdiyi ölkələr üçün böyük əhəmiyyət kəsb etdiyini bildirib. Tədbirdə çıxış edən Konfutsi İnstitutunun müəllimi Zhang Xin bayramın keçirilməsi ənənələri, Dunçji əfsanələri və mərasimlərindən danışıb.

ADU-nun çinşünaslıq ixtisası üzrə təhsil alan tələbələri qədim Çin şairlərinin uzun ömürlülüyü, qış və gözəlliyi təcəssüm etdirən Dunçji rəmzi olan Meixua gavalı çiçəklərinə həsr olunmuş şeirləri oxuyublar. Sonra ADU Konfutsi İnstitutunun əməkdaşları ailə birliyinin rəmzi olan "tanyuan" düyü sancaqları ilə bayram şirniyyat şorbasının hazırlanması üzrə master – klass keçiriblər.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/society/3170556.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR