Suraxanıda qəza: sərnişin öldü

Suraxanıda qəza: sərnişin öldü
09:20 25 Dekabr 2014
94 Digər
Ölkə mətbuatı
A- A+

Suraxanı rayonunda minik avtomobili ilə yük maşınının toqquşması 1 nəfərin ölümü digərinin isə ağır yaralanmasına səbəb olub.

Hadisə zamanı Hövsan istiqamətində yüksək sürətlə hərəkətdə olan “Opel” markalı minik maşını arxadan yük maşınına çırpılıb.

Nəticədə minik maşınında olan sərnişin hadisə yerində dünyasını dəyişib.

Avtomobili idarə edən 59 yaşlı Tofiq Əliyev isə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Qəzaya yüksək sürətin səbəb olduğu bildirilir. Faktla əlaqədar Suraxanı rayon polis idarəsində cinayət işi başlanıb.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=316139

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR