Belə otel görmədiniz: heyvanlarla bir yerdə (FOTO)

Belə otel görmədiniz: heyvanlarla bir yerdə (FOTO)
05:36 17 Yanvar 2015
191 Digər
Ölkə mətbuatı
A- A+

Avstraliyada yeni fəaliyyətə başlayan otellərdən biri turistlərlə yanaşı, yerli əhalinin də diqqətini çəkib.

ANS PRESS-in məlumatına görə, Avstraliyanın paytaxtı Kanberrada ötən həftə açılan “Jamala Wildlife” Oteli qeyri-adiliyi ilə seçilib. Bu otelin digərlərindən fərqi isə zooparkın içində açılmasıdır.

Burada zürafə, ayı və şirlər insanların qaldığı otelin bir hissəsi olaraq göstərilir. Otelin restoranında şüşə qəfəsdə saxlanılan şir, otel otağındakı cakkuziyə baxan ayı müştərilərə həyəcanlı anlar bəxş edir.

Hazırda 18 otağı olan otelə gələn müştərilərin ilk sualı, “bu şüşələr etibarıdırmı?” – olur.






















Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=7&nid=320214

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR