Azərbaycan “Global Innovation Index 2019” reytinqində İKT göstəricilərinə görə fərqlənib

Azərbaycan “Global Innovation Index 2019” reytinqində İKT göstəricilərinə görə fərqlənib
17:42 28 Dekabr 2019
33 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycanın "Global Innovation Index 2019" reytinqində İKT sahəsində göstəriciləri açıqlanıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, ölkə "İKT xidmətlərinin ixracı" göstəricisində mövqeyini ötən illə müqayisədə 17 pillə yaxşılaşdırıb.

"İKT xidmətlərinin idxalı" göstəricisində isə Azərbaycan bir pillə geriləyərək 42-ci yerdə qərarlaşıb.

Həmçinin "İKT-dən istifadə" və "İKT-yə çıxış" göstəricilərində Azərbaycan müvafiq olaraq 82 və 69-cu yerlərdə qərarlaşıb.

Qeyd edək ki, "Global Innovation Index 2019" reytinqi 126 ölkəni əhatə edir və ABŞ-ın Kornell Universiteti, Fransanın INSEAD Biznes Məktəbi və Ümumdünya Əqli Mülkiyyət Təşkilatı tərəfindən birgə tərtib olunur. Reytinqin tərtib olunması zamanı 82 göstərici qeydə alınır.

Azərbaycan reytinqdə ümumilikdə 84-cü yerdə qərarlaşıb. Azərbaycanın ən yaxşı göstəricisi "Daxili bazarın inkişafı" blokunda "İnvestisiyalar" subindeksi üzrə birinci yerdir. Bundan başqa, ölkə "Minoritar investorların müdafiəsi" subindeksində ikinci, "Biznesin başlamasının asanlığı" subindeksində 9-cu, "Kreditlərin alınmasının asanlığı" subindeksində 20-ci yerdə qərarlaşıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/814125.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR