Audi RS ailəsinin 25 illik yubileyinə xüsusi dəst hazırlayıb - FOTO

Audi RS ailəsinin 25 illik yubileyinə xüsusi dəst hazırlayıb - FOTO
21:05 28 Dekabr 2019
Ölkə mətbuatı
A- A+

2019-cu il Audi Sport bölümü üçün məhsuldar il olub. Bölmənin buraxdığı RS modelləri portfelində yeni Audi RS6 Avant və RS7 Sportback, yenilənmiş RS4 Avant, RS5 Coupe və RS5 Sportback ilə yanaşı, tamamilə yeni RS Q3 Sportback və RS Q8 kimi yeni "bərkgedən" krossoverlər peyda olublar.

Milli.Az autograph.az-a istinadən bildirir ki, RS modellərinin tarixi 25 il bundan öncə, 1994-cü ildə Audi RS2 Avant modelinin işıq üzü görməsi ilə başlayıb.  Bu əlamətdar tarixi qeyd etmək üçün Audi Sport bölümü xüsusi yebiley dəstini hazırlayıb. Yubiley dəsti TT RS Coupe, RS4 Avant, RS5 Coupe, RS5 Sportback, RS6 Avant və RS7 Sportback modelləri üçün nəzərdə tutulub.

Bütün bu modelləri tarixi RS2 Avant modelinin rəngləndiyi Nogaro Blu rənginə boyamaq mümkündür. Avtomobillərin salon tərtibatında da bu rəngdən istifadə edilir. Əgər siz başqa rəngə üstünlük verirsiniz isə, Audi Sport avtomobilinizi Glacier White, Nardo Grey və Mythos Black rənginə boyaya bilər.

Yubiley seriyasından olan avtomobillərin eksteryer tərtibatında qara tərtibat elementlərindən və tutuqun alüminium haşiyələrdən istifadə olunur. Bundan başqa, ön qapıların açılması zaman "25 RS" emblemi  yol səthinə də proyeksiya olunur. Üstəlik, bu emblemi ikirəngli təkər disklərinin mərkəzi qapaqlarında da görmək olar.

Avtomobillərin salonunda dəyişiklik vardır: oturacaqlar və qapı panellərində mavi rəngli tikişlər edilmiş, alkantara ilə üzlənmiş sükan çarxında isə eyni rəngli "0" nöqtəsi peyda olmuşdur. TT RS, RS4 və RS5 modellərinin oturacaqları nappa dəri və alkantara üzlənsə də, daha böyük RS6 və RS7 modellərində Valcona dərisindən istifadə edilib. Əlbəttə ki, salonda 25 illik yubileyə işarə edən çoxsaylı emblemlər də mövcuddur.

Avropada RS 25 Years Anniversary dəstini TT RS Coupe modeli üçün 9.350, RS4 Avant, RS5 Coupe və RS5 Sportback modelləri üçün 10.900, RS6 Avant və RS7 Sportback modelləri üçün isə 14.500 avroya əldə etmək olar.   

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/811714.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR