Tesla-dan savayı kimsə bunu bacarmır

Tesla-dan savayı kimsə bunu bacarmır
22:17 28 Dekabr 2019
Ölkə mətbuatı
A- A+

Tesla maşınları son onillikdə avtomobil bazarı üçün ən əhəmiyyətli və ən vaciblərdən biridir. Məhz Tesla Model S göstərib ki, maşın, həmçinin qacet ola bilər və yəqin ki, olmalıdır.

Milli.Az ted.az-a istinadən bildirir ki, Tesla tərəfindən buraxılan təzə yeniləmə bu gün bir daha belə bir yanaşmanın imkanlarını nümayiş etdirir. Böyük yenilənmə bayram mövsümü ilə əlaqədardır.

Bu, bir çox böyük və kiçik yenilikləri əhatə edir. Sonunculardan, məsələn, sürmə prosesində ekranda göstərilənlərə görə məsuliyyət daşıyan Driving Visualization sistemi imkanlarının genişləndirilməsinin adını çəkmək olar. Yeniliklər arasında: faraların işığı, dayanma nişanları, yol nişanlanması və s. var.

Daha vacib funksiyalardan danışsaq, ilk növbədə səs idarəetməsini qeyd etmək lazımdır. Yenilənmə Tesla maşınlarına mesaj diktə etməyə imkan verən xüsusiyyət gətirir. Avto indi daxil olan mesajları oxuya bilir. Bundan əlavə, Tesla-da təbii dil komandalarını avtomatik tanımaq qabiliyyəti üzərində işləyiblər.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/813525.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR